Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Moskvada keçirilən görüşdə İdlib probleminə dair razılıq əldə olunub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov birgə açıqlama verib.
Razılığa əsasən, İdlibdə təmas xətti boyunca hərbi əməliyyatlar 6 mart 2020-ci il tarixindən etibarən dayandırılacaq.
Bundan əlavə, M4 avtomobil yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr təhlükəsizlik kooridoru təsis olunacaq. Bu koridorun yaradılması yolları Türkiyə və Rusiya Müdafiə nazirlikləri tərəfindən 7 gün ərzində müəyyənləşdiriləcək.
Həmçinin Türkiyə-Rusiya ortaq qarovul birlikləri 15 mart 2020-ci il tarixində M4 avtomobil yolunun Trumbadan (Serakibin 2 kilometr qərbi) Ain-Əl-Havra qədərki ərazi boyunca xidmətə başlayacaq.