Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları martın 5-də İdlibdə 2 hərbçisinin şəhid olması, 3-nün yaralanmasına cavab olaraq Suriya ordusunun 21 əsgərini zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Türkiyə ordusunun cavab atəşi ilə qarşı tərəfin iki artilleriya qurğusu və həmin sayda yaylım atəşi reaktiv sistemi də məhv edilib.

Əməliyyat yerli vaxtla saat 16:00-da keçirilib.

Bu arada Türkiyə Rusiya arasında Moskvada imzalanan atəşkəs sazişindən sonra İdlibdə türk hərbçilər Rusiyaya məxsus kəşfiyyat təyyarəsini vurub.