Fransanın Milli Assambleyasının (parlament) deputatında yeni növ COVİD-19 koronavirusu aşkar edilib.

Unikal.org xəbər verir ki, bu barədə parlamentin spikeri Rişar Ferran məlumat verib.

Deputatın həmkarlarının sözlərinə görə, 68 yaşlı Jan-Lyuk Reytser Müliz şəhərində xəstəxanaya yerləşdirilib. Son dəfə o parlamentin iclasında fevralın 25-i iştirak edib.

Son məlumata əsasən, Fransada yeni növ koronavirusa 420 nəfər yoluxub, onlardan 7 nəfəri ölüb.