Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycana həkim heyəti göndərəcəklərini qeyd edib.

Unikal.org xəbər verir ki, F.Koca bəzi ölkələrlə koronavirus haqqında məlumat mübadiləsi etdiklərini də bildirib: 

"23 ölkə haqqında məlumat paylaşmaq üçün dostlarımız daim aktiv vəziyyətdədir.  

Azərbaycandan olan nümayəndə heyəti də Türkiyəyə gəldi və onlarla görüşdük. Oraya öz həkim heyətimizdən göndərməyi planlaşdırmışıq. Biz digər ölkələrlə də ünsiyyət halındayıq".