Səudiyyə Ərəbistanının koronavirus səbəbiylə xaricə ümrə ziyarətini qadağan etməsi qərarından sonra Kəbənin yerləşdiyi “Məscidül-Həram” vətəndaşlarından umraya qadağa qoyandan sonra boş qalıb. 

Unikal.org Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın Daxili İşlər Nazirliyinə əsaslandığı xəbərinə görə, epidemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə ümrə vətəndaşlarını və ölkə sakinlərini müvəqqəti dayandırmaq qərarını  alınıb. 

Belə ki, Səudiyyə Ərəbistanının qəbul etdiyi bu qərardan sonra müsəlmanların qibləsi və müqəddəs məkanı “Məscidül-Həram” ən sakit günlərini keçirir. Kəbədə məmurlardan başqa heç kim olmadığı halda, “Məscidi-Həran”ın boş versiyasının fotosu da sosial mediada geniş paylaşılıb.