Siyasi liderlərin də daxil olduğu Əfqanıstanın paytaxtı Kabildə keçirilən anım mərasimində silahlı və bomba hücumu həyata keçirilib.

Unikal.org xəbər verir ki,  paytaxt Kabildə xəzərlərin sabiq lideri Abdul Ali Məzarının vəfatının ildönümü münasibətilə təşkil edilən anım mərasimində Yüksək Sülh Şurasının sədri Kərim Halilinin çıxışı zamanı silahlı və bombalı hücum təşkil edilib. Həmin anlar anbaan canlı bağlantıda olan kameralara əks olunub. 

Qeyd edək ki, ölü və yaralının olmadığı mərasimdə terror  hadisəsinin kimlər tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.