Dünyaca tanınmış UFC-nin qadın boksçusu K.Karolinanın karyerası sona çatmaq təhlükəsi ilə üzləşib.
Unikal.org xəbər verir ki, UFC-nin Polşalı ulduz boksçusu K.Karolina fevralın 22-də həmkarı Xianon Yan ilə matçda üzləşməsindən sonra gözündən ağır zərbə alıb. Xəstəxanaya yerləşdirilən Karolinanın çuxur sümüyünü sındığı açıqlanıb.
Belə ki, gözündən əməliyyat olduqdan sonra həkimlər onun kor olacağı təhlükəsi ilə qarşılacağını bildiriblər. Bundan sonra ulduz döyüşçü sosial şəbəkə hesabından gözyaşları ilə etdiyi açıqlamada karyerasının bitəcəyini açıqlayıb.
Qeyd edək ki, kor olma təhlükəsi ilə üzləşən Karolina: “Ümid edirəm ki, matç karyeramın son oyunu deyildi” deyə də bildirib.