Avropanın daha bir ölkəsində yeni növ koronavirusdan (Covid-2019) ölüm faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, Rotterdam şəhərində yaşayan və koronavirusa yoluxduğu üçün karantin altına alınan 86 yaşlı kişi dünyasını dəyişib. Hollandiya Səhiyyə Nazirliyindən edilən açıqlamaya görə, ölkədə ilk dəfə koronavirus səbəbindən ölüm halı baş verib.
Qeyd edək ki, Hollandiyada 82 nəfərin koronavirusa yoluxduğu bildirilmişdi.