ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 6,5% azalaraq Bakı vaxtı ilə saat 19:10-da 1 barelə görə 46,12 dollar təşkil edib.
Unikal.org xəbər verir ki, sonuncu dəfə "Brent" markalı neftinin qiymətinin 47 dollardan aşağı olması 2017-ci ilin iyulun 11-də qeydə alınmışdı.
Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 7,3% azalaraq 42,52 dollar olub.