Amerikalı müğənni Kati Perri hamilədir.

Unikal.org xəbər verir ki, dünyaca məşhur aktyor Orlando Blum ilə nişanlı olan Kati Perri bunu fanatlarına yeni çəkdirdiyi klipin sonunda açıqlayıb. Belə ki, o, 'Never Worn White' mahnısının klipinin sonunda böyüyən qarnının fotosunu yerləşdirərək hamilə olduğunu təsdiqləyib. 

Qeyd edək ki, məşhur müğənni nişanlısı ilə 2016-ci ildə tanış olmuşdu.