ABŞ-ın San-Fransisko sahillərində lövbər salmış 3500 nəfərlik  gəmi yeni bir növ koronavirus (Kovid-19) təhlükəsi ilə karantinə alınıb.

Unikal.org xəbər verir ki, Kaliforniya ştatından San-Fransiskoya yola salınan “Grand Princess” adlı gəmisində 79 yaşlı sərnişinin “Kovid-19” səbəbiylə ölümündən sonra gəmi  karantinə alınıb. 

Qeyd edək ki, bir nəfərin ölümündən sonra karantinə alınan gəmi səhiyyə işçiləri bütün test nəticələri alınmayana qədər heç bir sərnişinin enməsinə icazə verilməyəcəyini ifadə edib.

Gülayə Mecid