Rusiya Prezidenti Vladimir Putinin İvanovo şəhərinə səfəri zamanı maraqlı anlar yaşanıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakinləri ilə görüşən Prezident gənc xanımın evlilik təklifi ilə üzləşib. Kütlə arasından “Mənimlə evlənin” deyən qız Putinə yaxınlaşıb. Bunu maraqlı təklif adlandıran Putin həmin qadınla bir müddət söhbət edib.

Prezidentlə evlənmək istəyən qız ona öz şəklini də verib.