Dünyada yeni növ koronavirusa yoluxan insanların sayı 100 mini keçib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

“Dünyada təsdiqlənmiş 101 827 hal var, 3 484 nəfər ölüb. Bu məlumat dekabrın 31-dən Cenevrə vaxtı ilə martın 7-si saat 06:00-dək olan müddəti əhatə edir”, - o deyib.

Xatırladaq ki, İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan yayadək koronavirusun yayılmasının dayandırmasının az ehtimallı olduğunu açıqlayıb.