Türkiyə “Bahar qalxanı” əməliyyatına dəstək məqsədilə Suriyanın İdlib bölgəsinə özüyeriyən artilleriya qurğuları göndərməyi qərara alıb.

Unikal.org Türkiyə KİV-nə isinadən xəbər verir ki, TIR-lar vasitəsilə göndərilən hərbi texnikalar Türkiyənin İslahiyə şəhərinə gətirilib. Buradan da Suriyanın İdlib şəhərindəki Türkiyə Silahlı Qüvvələrinə aid qərargahlara göndəriləcək.