Çində meydana gələn koronavirus texnologiya markalarına da öz təsirini göstərib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu virus səbəbiylə problem yaşayan şirkətlərdən biri də "apple" şirkətidir.

Şirkət işçilərinə bəzi mağazalarda "iphone" markalı telefonların təmiri üçün ehtiyat hissələrinin olmaması barədə məlumat verib. Məlumatda bildirilir:

"Telefonunuzda hər hansı problem varsa, ən qısa müddətdə təmir etməyi məsləhət görürük. Əks halda təmiri üçün həftələrlə gözləməli ola bilərsiniz".