Fransanın daha bir deputatı yeni növ koronavirusa yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə üzrə baş direktor Jerom Salomon məlumat verib. Həmin deputatın kimliyi açıqlanmayıb.

Onun sözlərinə görə, Fransada virusdan ölənlərin sayı 16, yoluxanların sayı isə 949 nəfərə çatıb. Son 24 saat ərzində 336 yoluxma faktı qeydə alınıb.