Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Brüsselə səfər gedəcək.

Unikal.org xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşəcək.

Görüşdə Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəliş, Gömrük Birliyi anlaşmasının yenilənməsi, qaçqınlar, Suriyanın şimalında təhlükəsiz şəhərin qurulması barədə mövzuların müzakirə ediləcəyi gözlənir.