Qırğızıstanın paytaxtı Bişkekdə qadın fəallar həmrəylik yürüşü məqsədi ilə küçələrə çıxıblar.

Unikal.org xəbər verir ki, maskalı şəxslər qadınları dağıtmağa başlayıblar. Polis bu hadisəni görməzlikdən gəlsə də, sonradan etirazçıları saxlamağa başlayıb.

Onları avtobuslara mindirib polis bölməsinə aparıblar. Polis saxlanmanın səbəbini izah edib.

Saxlanılanlardan birinin sözlərinə görə, polis su verməkdən imtina etsə də, idarənin binasının yaxınlığında dayanan müxbirlərdən içməli su götürməyə icazə verilib.