Son bir ayda Suriyanın İdlib vilayətində Türkiyə ordusunun 59 hərbçisi şəhid olub.

Unikal.org xəbər verir ki,bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Türkiyənin Qəhrəman Qadınları” konfransında çıxışında bildirib.

R. T. Ərdoğan deyib ki, İdlibdə “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya rejiminin 3400 əsgəri zərərsizləşdirilib.

Türkiyə Prezidenti onu da nəzərə çatdırıb ki, Suriyada 9 ildir davam edən münaqişə nəticəsində 1 milyondan çox insan həyatının itirib ki, onların da çoxu qadın və uşaqlardır.

Qeyd edək ki, martın 5-də Moskvada R. T. Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında  görüşdə İdlibdə atəşkəs barədə razılıq əldə edilib.