Türkiyənin Osmaniyə əyalətində muzeydən qayıdan insanları daşıyan avtobus aşıb.
Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.