Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Unikal.org xəbər verir ki, İsveçdə koronavirusa yoluxanların sayı 203 nəfərə çatıb. Stokholmda virusa 115 nəfər yoluxub.
Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir.
Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institutu məlumat yayıb.