Kanadanın Hamilton şəhərində (Ontario əyaləti) oteldə atışma nəticəsində iki nəfər ölüb və iki nəfər yaralanıb.

Unikal.org "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə CBC kanalı xəbər verib.

Bildirilir ki, həlak olanlar kişi və qadındır. Daha iki kişi xəstəxanada ağır vəziyyətdədir.

Polis baş vermiş hadisənin təfərrüatlarını araşdırır. Rayon hüquq-mühafizə orqanları ə məkdaşları tərəfindən mühasirəyə alınıb.