Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 735, bu virus səbəbindən ölənlər isə 3 119 nəfərə çatıb.
Unikal.org Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 40 yoluxma, 22 ölüm faktı qeydə alınıb. İndiyədək 58 600 nəfər sağalaraq xəstəxananı tərk edib.
Çin üzrə son sutka ərzində 1 535 nəfər sağalıb.
Hazırda 5 111 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş təxminən 30 000 nəfər tibbi nəzarət altındadır.