Portuqaliya Prezidenti Marselu Rebelu di Soza karantinə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında yazılıb. Məlumata görə, Di Soza koronavirusdan əziyyət çəkmir və bu qərarı ehtiyat tədbiri kimi qəbul edib. “Prezidentdə xəstəliyin simptomları aşkarlanmasa da, onun yaxın 2 həftə ərzində bütün ictimai tədbirləri təxirə salınıb”- deyə məlumatda bildirilib.
Xatırladaq ki, bu həftə Portuqaliyanın Prezident sarayını ziyarət edən məktəblilərdə daha sonra koronavirus tapılmışdı.
Qeyd edək ki, ölkədə “Covid-19”-a yoluxanların sayı 25-dir.