Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, martın 1-də Şəmkir Rayon Polis Şöbəsinə rayonun Qaracaəmirli kəndindəki internet klubdan oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 29 yaşlı Fuad İbrahimov və əvvəllərlə məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.