Əfqanıstanın ikinci müddətə prezidenti seçilən Məhəmməd Əşrəf Qaninin andiçmə mərasimi keçirilib.
Unikal.org bu barədə “ToloNews”ə istinadən xəbər verir.
Xatırladaq ki, ölkədə prezident seçkiləri ötən ilin 28 sentyabr tarixində keçirilsə də, Ə.Qani rəsmi olaraq cari ilin 18 fevral tarixində qalib elan edilib. Belə ki, Müstəqil Seçki Komissiyasının sənədlərinə görə, o, seçicilərin 50,64 faizinin səsini qazanıb.