İranın fövqəladə hallar təşkilatının başçısı İsmayıl Nacar koronavirusa yoluxub.
Unikal.org İSNA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Əli Bəxtiyari bildirib.
“Ötən həftə İsmayıl Nacar qrip simptomu ilə tibbi mərkəzə müraciət edib. O, 4 testdən keçib. Analiz nəticəsində onun COVİD-19 virusunun daşıyıcısı olduğu məlum olub”, - Ə.Bəxtiyari bildirib.
Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb.