Rusiyanın Naryan-Mar şəhərində (Yamalo-Nenets muxtar dairəsi) regional narkotiklərə nəzarət şöbəsinin müdiri, Rusiya Daxili İşlər Nazirliyinin polkovniki Yevgeni Solonoviç intihar edib.

Unikal.org xəbər verir ki, bu barədə “Podyom” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, polkovnik öz mənzilində ölü tapılıb.

Kanalın məlumatına görə, polisin intiharı bir müddət əvvəl narkotik satışı ilə bağlı saxlanılan yerli klubun sahibi ilə əlaqəli ola bilər.

İstintaq tutulan şəxsi əməkdaşlığa dəvət edib. Solonoviçin həmin biznesmenlə əlbir olduğu və onun dəlillərindən qorxduğu ehtimal edilir.

Hadisə ilə bağlı istintaq başlanıb.