Yeni növ koronavirus (Covid-2019) səbəbindən ən çox ölümün yaşandığı ikinci ölkə olan İtaliyada virusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxananın görüntüləri ortaya çıxıb.

Unikal.org xəbər verir ki, yayılan görüntülərdə həkimlərin qana daha çox oksigen getməsi üçün xəstələri üzü üstə yatırdıqları görünür. Həmçinin ölkədə həkim qıtlığı da yaşanır.

Belə ki, rəsmi açıqlamaya görə yaxın zamanda təqaüdə çıxmış həkimlərin yenidən işlərinə qaytarılacağı gözlənilir.