Son gün ərzində İtaliyada koronavirusa yoluxma hallarının sayı demək olar 2 000, ölənlərin sayı təxminən 100 nəfər artıb.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.
O, qeyd edib ki, virusa yoluxanlardan 102-si sağalıb və onların ümumi sayı 724 nəfərə çatıb. “Həmçinin biz 96 ölüm hadisəsini qeydə aldıq. İndi ümumi say 463 nəfərdir", - Borelli keçirdiyi brifinqdə qeyd edib.
Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının ümumi sayı ölənlər və sağalanlar da daxil olmaqla, 9 172 nəfərə çatıb.
Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.