Qayayadırmanma idman növü ilə məşğul müğənni-aktyor Cared Leto ölümlə üz-üzə gəlib.

Unikal.org xəbər verir ki, ifaçı bu barədə İnstaqram səhifəsində məlumat verib.

Hadisə Caredin Nevada ştatındakı “Red Rock” qayasını fəth etmək istədiyi zaman olub:

“Vəziyyəti dramatikləşdirmək istəmirəm, amma bu gün mən və peşəkar qayayadırmanma ilə məşğul olan Aleks Honnodla ,az qala, öləcəkdim. Qayaya çıxarkən yuxarı baxdım və bir neçə saniyə sonra mənim sığorta ipimin zədələndiyini gördüm. Təhlükəli vəziyyət yarandığı üçün 182 metr hündürlükdə qaldım”.