Çində koronavirusa yoluxanların sayı 80 754 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama yayıb. Məlumatda bildirilir ki, son bir gündə yeni növ koronavirus infeksiyası qurbanlarının sayı 17 nəfər, virusa yoluxanların sayı isə 19 nəfər artıb, daha 1297 nəfər sağalıb.

Qeyd edilir ki, ümumilikdə virusdan 3 136 nəfər ölüb. Koronavirus xəstələrinin demək olar ki, 59 897 min nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə bildirib ki, hazırda xəstələrdən 4 794 nəfərinin vəziyyəti ağırdır.