Çin Xalq Respublikasının sədri Si Szinpin bu gün səhər koronavirus epidemiyasının yayıldığı Uhan şəhərinə gedib.
Unikal.org RİA "Novosti”yə istinadən xəbər verir ki, o, bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 06:00) Uhan şəhərinə çatıb.
Si Szinpin səfər çərçivəsində koronavirusla mübarizədə görülən profilaktik tədbirlərlə tanış olacaq. Bundan başqa, o, tibbi personal, hərbçilər, sosial işçilər, ictimai əsayiş orqanlarının əməkdaşları, könüllülər, pasiyentlər və yerli sakinlərlə görüşəcək.
Qeyd edək ki, Çində koronavirus qurbanlarının sayı 3 136 nəfərdir.