Polşada “İkinci Dünya Müharibəsi” dövründə nasistlərin törətdikləri dəhşətli cinayətlərin sübutu olan bir foto albom antik bazarda satışa çıxarılıb.
Unikal.org məlumat verir ki, “İkinci Dünya Müharibəsi”ilə maraqlanan polşalı tədqiqatçı Aushvitz Memorial antik bazarda satışa çıxarılan albomu alaraq dövlət muzeyinə verib.
Həmçinin də, tədqiqatçı albomun insan dərisindən hazırlandığını örtüyündə döymə və insan tüklərinə bənzər quruluşların olduğunu başa düşüb. Eyni zamanda albomun pis qoxusundan narahat olan Aushvitz Memorial muzey mütəxssislərinə müraciət edib.
“Şübhəsiz ki, bu, bəşəriyyətə qarşı edilən ən böyük cinayətlərin sübutudur” deyən mütəxəssislər, örtük dərisinin Almaniyadakı Nazi konsentrasiya düşərgəsində öldürülən bir məhbusdan çıxdığını təsdiqləyib.