Türkiyənin İsparta vilayətində məktəb sürücüsü azyaşlı qıza təcavüz edib.
Unikal.org məlumat verir ki, məktəbli hər dəfə onu məktəbə aparan xidmət sürücüsü tərəfindən zorakılığa məruz qalıb.
Belə ki, məktəbli olanları ailəsinə danışdıqdan sonra qızın valideynləri polisə şikayət edib.
Qeyd edək ki, şikayəti əsasında polis qrupları azyaşlı məktəbliyə təcavüz edən xidmət sürücüsünü nəzarətə götürüb. Haqqında cinayət işi açılıb.