Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirus (Covid-2019) insanların ölümünə səbəb olmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada koronavirus səbəbindən ölənlərin sayı 3-ə çatıb. Dünyasını dəyişən şəxsin kimliyi açıqlanmayıb. Ölkədə bu virusa yoluxanların ümumi say isə 1622 nəfər olaraq bildirilib. 

Qeyd edək ki, koronavirus epidemiyası Avropa ölkələri arasında ən çox İtaliyada ciddi şəkildə yayılıb.