Koronavirus dünyada planlaşdırılan kütləvi tədbirlərin təxirə salınmasına səbəb olmağa davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Xarici İşlər Şurası (CFR) keçirilməsini planlaşdırdığı koronavirus konfransını ləğv etmək qərarına gəlib. Nyu-Yorkda keçirilməsi gözlənən konfransın ləğv olunmasına səbəb elə koronavirus epidemiyası olub. Qeyd edək ki, dünyada artıq 120 min insanın bu virusa yoluxduğu, onlardan 4 minin isə bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.