İstanbulda zibil konteynerinin içərisində uşaq meyiti tapılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, cəsəd konteyneri qarışdıran kağız toplayıcıları tərəfindən aşkarlanıb. Dərhal həmin əraziyə polislər gəliblər.
Bir məhəllə sakini "Cəsəd zibilə atılıb. Biz də bu qədərini bilirik. Bu, insanlıqdan kənar bir hərəkətdir. İnsanlar övlad dünyaya gətirmək üçün illərini sərf edirlər, amma belə vicdansızlar da var" sözlərini deyib.