Rusiyada hərəkət halında olan bir avtomobilin ön şüşəsinə 50 santimetr uzunluğunda dəmir parçası girib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Moskvada baş verib. Dəmir parçasının yolun əks istiqamətindən gəldiyi məlum olub. Böyük qorxu yaşayan sürücü hadisədən xəsarət almadan qurtula bilib.