Hollivudun tanınmış prodüseri Harvey Vaynştayna 23 il həbs cəzası verilib.
Unikal.org “Meduza”-ya istinadən xəbər verir ki, bu barədə Nyu-York məhkəməsi hökm çıxarıb. Vaynştayn təcavüzkarlıqda və cinsi zorakılıqda günahlandırılıb. Onun qurbanları arasında məşhurlar - aktrisalar, stilistlər, kino sənayesində çalışanlar üstünlük təşkil edir.
Qeyd edək ki, məşhur #MeToo kampaniyası onun barəsində təcavüz iddiaları ortaya çıxdıqdan sonra başlayıb. Vaynştayn tərəfindən təcavüzə məruz qaldığını iddia edən qadınların sayı 80-dən çoxdur.