İstanbulda polis 4 ay izlədiyi qeyri-qanuni mərc oyunları təşkil edən şəxsləri yaxalamaq üçün əməliyyat həyata keçirib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qanunsuz yollarla mərc oyunları həyata keçirən 22 şübhəli şəxs saxlanılıb. Onların qeyri-qanuni yolla qazndıqları pulların fotosunu sosial şəbəkədə paylaşdıqları məlum olub.

Həyata keçirilən əməliyyat nəticəsində müxtəlif ölkələrin külli miqdarda pul vahidləri, qiymətli əşyalar, mobil telefonlar, bank kartları və silah mərmiləri aşkarlanıb.