ABŞ Prezidenti Donald Tramp yeni koronavirusun (Kovid-19) yayılması ilə əlaqədar ABŞ tərəfindən görülən tədbirlər barədə xalqa müraciət edib.
Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, prezident Donald Tramp xalqa müraciətində “Avropa Birliyi lazımi tədbirləri görmədi” deyərək, virusun AB (Avropa Birliyi) ölkələrində daha çox yayılması barədə danışıb.
Belə ki, D.Tramp virusun ABŞ-a da bu ölkələrdən olan insanlar vasitəsilə ötürüldüyünü qeyd edib.
Həmçinin də, ABŞ prezidenti Donald Tramp son günlərdə Avropadan gələn bütün səyahətləri dayandırdıqlarını açıqlayıb.