Türkiyədə 2018-ci ildə PKK terrorçuları ilə döyüşdə şəhid olan çavuş Bahattin Baştanın ailəsinə Trabzon Şəhər Bələdiyyəsi tərəfindən oğullarını əks etdirən mum heykəl hədiyyə olunub.
Unikal.org məlumat verir ki, Trabzonda muzeyə qoyulan şəhidin mum heykəli, Baştan ailəsinə emosional anlar yaşadıb.
Belə ki, ailənin 12 övladından biri olan şəhid Bahattin Baştanın heykəli muzeydə vətəndaşların diqqətini çəkib.
Qeyd edək ki, şəhid bacısının jurnalistlərə açıqlamasında: “Onu ilk dəfə görəndə düşündüm ki, qardaşım bir anlığa gəlib. Mən onu qucaqladım, kədərləndim, ağladım” deyərək bu təşəbbüsü həyata keçirən Trabzon Bələdiyyəsinə minnətdarlığını bildirib.
Gülayə Mecid