Latın Amerikasının daha bir ölkəsində - Kubada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən İtaliyanın 3 vətəndaşının müayinəsi nəticəsində onların virus daşıyıcısı olduğu müəyyənləşib.