Türkiyənin Adıyaman ərazisində cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 19 yaşlı qız naməlum səbəbdən atasının tapdığı silahla ona sinəsindən 4 və başından 1 güllə yarası vuraraq qətlə yetirib. Ata aldığı güllə yarasından yerindəcə həyatını itirib.
Hadisə yerinə cəlb olunan polis qrupları gənc qızı həbs edərək polis bölməsinə aparıb. 19 yaşlı qız barədə cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.