Türkiyənin İstanbul şəhərininTaksim ərazisində baş verən qəzada qadın piyada ciddi xəsarət alıb.  

Unikal.org məlumat verir ki, yaralı qadını görən otel işçisi təcili yardım gələnə qədər qadının əlindən tutaraq əhval-ruhiyyə verməyə çalışıb. Həmçinin də, digər yaralıların üstünə paltosunu örtən otel işçisinin bu hərəkəti onu məşhur edib. 

Sosial şəbəkələrdə “İnsanlıq ölməmiş” başlığı ilə paylaşılan fotolara yüzlərlə bəyəni  gəlib.