Türkiyədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məktəblər müvəqqəti bağlanacaq.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın açıqlama verib.
Onun sözlərinə görə, martın 16-dən etibarən məktəblərdə bir həftə dərs olmayacaq. Universitetlərdə isə tətilin müddəti 3 həftə nəzərdə tutulub.