Bursa şəhərində 11 il öncə Batuhan Aşar həyat yoldaşının ölümünə səbəb olub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə 2009-cu ilin noyabr ayında baş verib. Belə ki, Batuhan Aşar idarə etdiyi avtomobili qəsdən uçuruma sürüb və nəticədə arvadı Esra Aşar dünyasını dəyişib.
24 yaşlı həyat yoldaşının ölümünə səbəb olan şəxs polis tərəfindən saxlanılıb. Daha sonra isə o, məhkəmənin keçiriləcəyi tarixə qədər sərbəst buraxılıb.
41 yaşlı Bursa sakini 3-cü dəfə məhkəmə qarşısına çıxarıldıqda ömürlük həbs cəzasına məhkum edilib.