Rusiyada daha 6 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, virusa yoluxanlardan 4-ü paytaxt Moskva, 1-i Kalininqrad, digər bir nəfər isə Krasnodar sakinidir. Onların hamısı karantinə alınıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 34-ə çatıb.