Feysbuk şirkəti koronavirusdan qorunmaq üçün artan ehtiyac ətrafında spekulyativ hərəkətləri dayandırmaq üçün sosial şəbəkədə tibbi maskaların reklamına müvəqqəti qadağa tətbiq olunduğunu elan edib.
Unikal.org yerli mediaya istinadən bildirir ki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilib.
"Tibbi maskaların satışı üçün reklam və kommersiya elanlarında müvəqqəti qadağanı tətbiq edirik... Komandalarımız COVID-19 virusunun yayılması nəticəsində yaranan vəziyyəti yaxından izləyir. Həmin vəziyyətdən yararlanaraq istifadəçilərinin sui-istifadə etdiklərini görsək, siyasətimizdə lazımi yenilikləri edəcəyik", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, daha əvvəl feysbuk koronavirusdan qorunmağı və ya müalicə etməyi vəd edən reklamlara qadağa qoymuşdur.